Daha çox sanksiya tətbiq edin - Makron Türkiyəni HƏDƏF ALDI
Bizi izləyin

Avropa

Daha çox sanksiya tətbiq edin - Makron Türkiyəni HƏDƏF ALDI

Fransa Prezidenti Emmanuel Makron anti-Türkiyə xarakterli açıqlamalar verməkdə davam edir.

Publika.az-ın məlumatına görə, Makron Cənubi Kiprin dövlət başçısı Nikos Anastasiades ilə görüşdən sonra verdiyi açıqlamada Avropa İttifaqı ölkələrini Türkiyəyə qarşı daha çox sanksiya tətbiq etməyə çağırıb.

Fransa lideri Avropa İttifaqının Aralıq dənizinin şərqindəki təxribatlara, Yunanıstan və Cənubi Kiprin kontinental ərazisini pozan ölkələrə cavab verməməsinin ciddi bir səhv olacağını qeyd edib.

O bildirib ki, Türkiyə tərəfindən Avropa İttifaqına daxil olan su ərazilərinin pozulması cəzasız qalmamalıdır və daha çox sanksiya tətbiq edilməlidir: "Aralıq dənizi bu bölgədəki hər iki ölkə üçün kritik bir enerji mövqeyində yer alır. Bölgədə əsas mübarizə aparan Türkiyə və Rusiyanın nüfuzunun artdığı bir vaxtda, Avropa İttifaqı hələ də çox yavaş addım atır. Aralıq dənizindəki təhlükəsizliyimizi digər dövlətlərin əlinə buraxmaq ciddi bir səhv olar. Bu, Avropa üçün bir seçim deyil, Fransa buna heç vaxt imkan verməyəcək".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm