İşğal olunmuş ərazilərə BMT-nin sülhməramlı missiyalarında iştirak etmiş əsgərlər göndərilir
Bizi izləyin

Avropa

İşğal olunmuş ərazilərə BMT-nin sülhməramlı missiyalarında iştirak etmiş əsgərlər göndərilir

Kiyev Donbas bölgəsində BMT-nin sülhməramlı missiyalarında iştirak etmiş hərbi heyət göndərir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qüvvələr Donetsk və Luqansk bölgələrində ilk müdafiə xəttində xidmət aparacaq. Ukrayna əsgərləri isə gecə saatlarında qüvvəyə minən tam və genişmiqyaslı atəşkəsə hazırlıq görüb.

Bununla yanaşı, Ukrayna əhalisinə və dünya cəmiyyətinə Donetsk və Luqansk bölgələrindəki mövcud vəziyyət haqqında sürətli şəkildə bilgi verilməsi məqsədilə təmas xəttinin müxtəlif bölgələrində yerli və xarici media qurumlarına mənsub müxbir və çəkiliş qruplarının işləyəcəyi planlaşdırılıb.

Razılaşmanın pozulacağı təqdirində, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə cavab verməyə hazır olacaq və Birgə Əməliyyat Mərkəzində bunun üçün lazımi əlavə mənbələr təmin ediləcək.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri, qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı təkzib edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm