Səhiyyə işçiləri İngiltərə hökumətini protest etdi - SƏBƏB
Bizi izləyin

Avropa

Səhiyyə işçiləri İngiltərə hökumətini protest etdi - SƏBƏB

İngiltərənin səhiyyə işçiləri etiraz aksiyasına qalxıb.

Publika.az xəbər verir ki, səhiyyəçilər paytaxt Londonda hökuməti protest edərək maaşlarının artırılmasını tələb edib.

200-yə yaxın etirazçı Baş nazir Boris Consonun koronavirusa yoluxarkən müalicə aldığı St. Tomas Xəstəxanasının qarşısına toplaşıb. Daha sonra Vestminister Körpüsü və Parlament binasının qarşısından keçərək Baş nazirin ofisinin yerləşdiyi Dovninq küçəsinə yürüş edib.

Səhiyyə işçiləri maaşların artırılması ilə yanaşı, ağır iş şəraitinə olan etirazlarını da dilə gətiriblər.

Etiraz aksiyalarının avqust ayında ölkənin başqa şəhərlərində də keçirilməsi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm