• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

Siyahı yeniləndi: bu ölkələrə səyahətə icazə verilir

  • Avropa
  • 8 Avqust 2020 14:04
  • 853 Baxış
Siyahı yeniləndi: bu ölkələrə səyahətə icazə verilir

Yeni tip koronavirus pandemiyası səbəbilə mart ayında sərhədlərini bağlayan Avropa İttifaqı ölkələri səyahət məhdudiyyətlərini ləğv etdiyi ölkələr siyahısına dəyişikliklər edib.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurası siyahıdan Mərakeşi çıxarıb, daha 10 ölkəni isə əlavə edib.

Bu ölkələr Avstraliya, Kanada, Yaponiya, Gürcüstan, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvaydır.

Bundan başqa, Avropa İttifaqı ölkələri vətəndaşlarına səyahət icazəsi veriləcəyi təqdirdə, Çinə səfər etməmək məhdudiyyəti qoyulmayacaq.

Türkiyə, ABŞ, Rusiya, Braziliya, Hindistan, Serbiya və Monteneqroya isə səyahət məhdudiyyətləri qüvvədə qalacaq.

Sözügedən siyahıya COVID-19 pandemiyasının vəziyyətinə və yoluxma sayına görə yenidən baxılacaq. Son olaraq 30 iyulda yenilənən siyahı üzv ölkələr üçün tövsiyə xarakteri daşıyır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR