Türkiyə Yunanıstanı QORXUYA SALDI - Aİ hərəkətə keçə bilər
Bizi izləyin

Avropa

Türkiyə Yunanıstanı QORXUYA SALDI - Aİ hərəkətə keçə bilər

Ötən həftə ABŞ və Avropa İttifaqından gözlənilən dəstəyi ala bilməyən Yunanıstan və Kipr İttifaqın Türkiyəyə qarşı daha sərt mövqe tutmasını istəyir.

Publika.az xəbər verir ki, Nikosiyaya səfər edən Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias həmkarı Nikos Xristodulides və Prezident Nikos Anastasiades ilə görüşüb.

Görüşdən sonra açıqlama verən N.Dendias Türkiyəni təxribatda günahlandırıb: “Türkiyə Avropa İttifaqına, ABŞ-a və Avropa dəyərlərinə, beynəlxalq hüquqa hörmətsizlik edir”.

Xristodulides isə Misir, İsrail və Livan ilə dəniz müqavilələri bağladıqlarını və bununla bağlı olaraq digər qonşu ölkələrlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Afina rəhbərliyi həmçinin, bu gün Belarus üçün toplanan Avropa İttifaqının iclasında Türkiyəni şikayət edəcək.

“To Vima” qəzeti yazılarında “Türk təxribatı masada” başlığından istifadə edib.

Rəsmi mətbu orqanlar Yunanıstan-Misir razılaşmasının Qahirədə təsdiqləndiyini açıqlayıb. Razılaşmanın parlamentdə qəbul edildiyi bildirilir.

Yunanıstanda həyəcan siqnallarının çalınmasına səbəb isə Şərqi Aralıq dənizindəki bütün tarazlığı dəyişən sazişin Liviyada imzalanması olub.

Türkiyənin beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan Tripoli rəhbərliyi ilə birlikdə Misrata şəhərində hərbi dəniz bazası quracağı xəbəri Yunanıstanı qorxuya salıb.

Beynəlxalq KİV-lərin xəbərlərinə istinad edən “Kathimerini” qəzeti məlumatın Ankara tərəfindən hələ təsdiqlənmədiyini və ya təkzib edilmədiyini öz manşetinə çıxarıb.

“Ta Nea” qəzeti xəbər verir ki, türk döyüş təyyarələri Yunanıstan hava məkanını 49 dəfə pozub. Yunanıstan Hərbi Hava Qüvvələrinin hesabatına əsaslanan qəzet F-16 və F-14 qırıcıları ilə yanaşı, helikopterlərlə də hava məkanının 5 dəfə pozulduğunu iddia edib.

Qeyd edək ki, Türkiyə “Oruc Rəis”lə yanaşı, “Yavuz” qazma gəmisinin də Kiprdə 18 avqust-15 sentyabr aralığında karbohidrogen axtarışı üçün yeni NAVTEX elan edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm