Karantini pozan yüksək vəzifəli şəxs istefa verdi
Bizi izləyin

Avropa

Karantini pozan yüksək vəzifəli şəxs istefa verdi

Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan İrlandiyaya səfəri zamanı COVID-19-la bağlı tətbiq edilən qadağalara əməl etmədiyi üçün istefa ərizəsini yazıb.

Publika.az xəbər verir ki, bu barədə avrokomissarın yaydığı bəyanatda qeyd olunub.

“Bu axşam Avropa İttifaqının ticarət üzrə komissarı vəzifəsindən azad edilməyimlə bağlı istefa ərizəmi təqdim etdim. Dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, İrlandiyaya səfərim ömrümün çox hissəsinin məmur kimi təmsil olunmaqdan qürur duyduğum ölkədə narahatlığa səbəb oldu. Mən həmişə İrlandiyada COVID-19-a bağlı tətbiq edilən qaydalara riayət etməyə çalışmışam və xüsusəndə COVID-19 testim mənfi çıxdıqdan sonra bütün müvafiq tibbi qaydalara əməl etdiyimi anladım. Səfər zamanı buraxdığım səhvlərə görə İrlandiya xalqından səmimi qəlbdən üzr istəyirəm”, onun bəyanatında qeyd olunub.

Xatırladaq ki, Hoqan İrlandiyada təxminən 80 nəfərin qatıldığı toplantıda iştirak edib. “Reuters” xəbər verir ki, Avropa Komissarı hadisəyə görə üç dəfə üzr istəyib. Bununla belə, Hoqan İrlandiyaya gələn zaman ikihəftəlik karantin rejiminə əməl etməyib. Bu da, öz növbəsində, insanların narazlığına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm