Belarus səfiri XİN-ə çağırıldı
Bizi izləyin

Avropa

Belarus səfiri XİN-ə çağırıldı

Belarusun Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az
xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

Nazir müavini qeyd edib ki, Belarus hakimiyyətinin Polşanın ünvanına əsassız ittihamlarının təkrarlanması ilə əlaqədar Belarus səfiri saat 15:00-da (yerli vaxt) Polşa XİN-ə çağırılıb.

O, səfirin vaxtında görüşə gəldiyini və danışıqların nəticəsi olaraq brifinq təşkil ediləcəyini qeyd edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı Qrodnensk vilayətini tərkibinə qatmaq cəhdində ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm