Macarıstan sərhədlərini bağlayır
Bizi izləyin

Avropa

Macarıstan sərhədlərini bağlayır

Macarıstan hökuməti xarici vətəndaşlar üçün ölkə sərhədlərini sentyabrın 1-dən bağlamaq qərarına gəlib. Bu tədbir COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə görülüb.

Publika.az “Reuters”ə istinadla xəbər verir ki, ölkə xaricindən qayıdan Macarıstan vətəndaşları da iki həftəlik karantinə yerləşdiriləcək, lakin onlar bundan koronavirus testinin iki dəfə mənfi çıxması barədə sənəd təqdim etməklə qaça bilərlər.

Bundan başqa, ölkəyə daxil olmaq üçün istisnalar hərbi konvoylar və humanitar tranzit, eləcə də işgüzar və ya diplomatik səfərlər üçün ediləcək.

Son günlər Macarıstanda yoluxma hallarının sayı artmaqda davam edir. Cümə günü 132, cümə axşamı günü 91, çərşənbə günü isə 73 yeni yoluxma halının aşkarlanması barədə məlumat verilirdi.

Ümumilikdə Macarıstanda 5,5 min nəfərdə koronavirus aşkarlanıb, 600-ə yaxın insan infeksiyadan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm