• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Rus model NATO bazasının yanında öldü - QALMAQAL

  • Avropa
  • 12 Sentyabr 2020 12:24
  • 1 201 Baxış
Rus model NATO bazasının yanında öldü - QALMAQAL

Rus model Qalina Federovanın NATO-nun İtaliyadakı bazasının yaxınlığında ölməsi casusluq şübhəsinin yaranmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “Milliyyət” yazıb.

Məlumata görə, digər model Eva Tranovsi və fotoqraf Yev Taranovsun fərqli ifadələr verməsi prokurorluğu hərəkətə keçirib.

Fotoqrafın çəkiliş üçün istifadə etdiyi drona da prokurorluq əl qoyub. İddia edilir ki, qrup casusluqla məşğul olub və NATO bazasını dronla çəkmək istəyib.

Dronla çəkilən görüntülərin araşdırılacağı bildirilir.

Qeyd edək ki, rus model Qalina Federova, Eva Tranovsi və fotoqraf Yev Taranovs İtaliyada çəkilişlər üçün dəniz səyahətinə çıxıblar. Ancaq 32 yaşlı Q.Federova tarazlığını itirərək qayıqdan dənizə düşüb və qayalara çırpılaraq ölüb. Hadisənin NATO-nun İtaliyadakı bazasının yaxınlığında olması casusluq şübhəsini yaradıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR