Aİ-dən ETİRAF: "Türkiyəyə müxalif olmaqla problemləri həll edə bilmərik"
Bizi izləyin

Avropa

Aİ-dən ETİRAF: "Türkiyəyə müxalif olmaqla problemləri həll edə bilmərik"

"Türkiyə ilə ziddiyyətə gedilməsi Avropa İttifaqı ilə Türkiyə münasibətlərindəki problemləri həll etməyəcək. Problemlər dialoq və danışıqlar yoluyla həll edilməlidir"

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

O, bildirib ki, Şərqi Aralıq dənizindəki gərginliyin azaldılması üçün səy göstərilməlidir.

Borrell "Oruç Reis" gəmisinin Antalya limanına getməsini doğru istiqamətdə atılmış addım olaraq qiymətləndirib:

"Bu, bizə dialoq üçün daha çox addım atıla biləcəyini vəd edir. Bunu hərbi yolla deyil, dialoq və danışıqlar yolu ilə həll edəcəyik. Türkiyəyə müxalif olmaqla problemlərə həll yolu tapıla bilməyəcəyi məlumdur. Bunu istəmirik. Türkiyə Aİ-nin əhəmiyyətli qonşusudur. Coğrafiyanı dəyişə bilməyəcəyimizə görə qonşu olmağa davam edəcəyik. Türkiyə eyni zamanda miqrasiya da daxil olmaqla bir çox mövzuda əhəmiyyətli tərəfdaşdır. Məsələn, miqrasiya axınlarının Türkiyənin köməyi olmadan həll edilə bilməsinin çətin olduğunu bilirik. Türkiyə eyni zamanda Aİ-yə namizəd ölkədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm