• USD 1,7000 0,00% EUR 2,0137 -0,02%
    • GBP 2,2324 +1,15% RUB 0,0220 0,00%

Yunan əsgərin paylaşdığı görüntü Türkiyədə GÜNDƏM OLDU - FOTO

  • Avropa
  • 18 Sentyabr 2020 16:49
  • 1 629 Baxış
Yunan əsgərin paylaşdığı görüntü Türkiyədə GÜNDƏM OLDU - FOTO

Yunanıstan Silahlı Qüvvələrinin əsgəri Saqqız adasında çəkilmiş fotosunu sosial mediada paylaşıb.

Publika.az xəbər verir ki, görüntüdə 203 mm-lik silah quraşdırılmış M-110 tipli uzunmənzilli topların olması diqqət çəkib.

Əsgərin foto paylaşdığı bölgə Türkiyəyə yaxın məsafədə yerləşən Saqqız adasına bənzədilib. İzmir şəhərinin qarşısında yerləşən Saqqız adası “Lozanna” paktına əsasən silahlandırılması qadağan olunan məkandır.

Qeyd edək ki, Şərqi Aralıq dənizi üzərində Türkiyə ilə Yunanıstan arasındakı gərginlik davam edir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR