Avropa
Aİ-dən ABŞ-a SƏRT CAVAB - İrana sanksiya tətbiq edə bilməzsiniz

Avropa İttifaqı (Aİ) ABŞ-ın 2015-ci il nüvə anlaşmasından çıxdığı üçün İrana qarşı BMT-nin sanksiyalarını yenidən tətbiq edə bilməyəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, Qərb ölkələri ilə Birgə Hərtərəfli Fəaliyyət Planının koordinatoru Cozef Borrell açıqlama verib.
ABŞ administrasiyasının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə qaldırılan sanksiyaları geri gətirən mexanizmi işə saldığını qeyd etdiklərini söyləyən Borrell ABŞ-ın Barak Obama dövründə İranla əldə etdiyi razılaşmadan Donald Tramp hakimiyyəti illərində birtərəfli şəkildə geri çəkildiyini xatırladıb.
C.Borrell ABŞ rəhbərliyinin razılaşmadan çıxdıqdan sonra Fəaliyyət Planının işinin heç birində iştirak etmədiyini və bu səbəblə sanksiya tətbiq edə bilməyəcyini deyib.
O, müqavilənin qorunması və tam şəkildə həyata keçirilməsi üçün çalışacaqlarını və hər kəsin buna uyğun davranmasının lazım olduğunu vurğulayıb.
Akqabay

-
Region16:28
Şəhid diplomatlar yad edildi
-
Magazin115:52
Aybəniz Haşımovadan sərt sözlər: “İlk dəfə efirə çıxartdığım bir xanım...”
-
Hadisə15:28
Səfər Mehdiyevin sürdüyü maşının nömrəsi bu şirkətə məxsus imiş
-
İqtisadi gündəm15:18
Yerli sahibkarlara güzəştli kredit ayrıldı
-
Nida Xəbər 14:37
Bakıda Türk Dövlətləri Təşkilatının prokurorları görüşdü
-
Hadisə13:29
Səfər Mehdiyev YPX əməkdaşına nə dedi? - VİDEO
-
Sosial13:25
"Bu insidenti törədənlər CƏZALANDIRILACAQ" - Şeyx səfirliyə hücumdan danışdı - VİDEO
-
Dünya13:18
Yaponiya kömürlə işləyən İES-lərə YOX deməlidir! - BMT-nin baş katibi