Avropa
Xakerlər 11 min nəfərin pasport məlumatlarını oğurladılar
Xakerlər 11 min İsveçrə vətəndaşının pasport məlumatlarını oğurlayaraq internetdə yayıblar.
Publika.az xəbər verir ki, hadisə Cənubi Amerikada baş verib. Argentina hökuməti miqrasiya orqanlarının məlumat bazasını ələ keçirmiş bir qrup xakerin bu məlumatları geri qaytarmaq üçün 4 milyon ABŞ dolları tələbini rədd etdiyinə görə, cinayətkar dəstə on minlərlə şəxsə aid pasport məlumatlarını internetdə yayıb. Xakerlərin kiberhücumuna məruz qalan məlumatlar arasında bu ilin yanvar-mart aylarında Argentinada səfərdə olan 11 min İsveçrə vətəndaşının pasport məlumatları, eləcə də səyahət istiqamətləri barədə məlumatlar yer alıb.
İsveçrə Xarici İşlər Departamenti bu barədə məlumatlandırılıb və hazırda Argentinanın yerli qurumları ilə iş aparılır. Bildirilib ki, ələ keçirilən pasport məlumatları real şəxslərin identitetinin oğurlanması və müxtəlif cinayət əməllərində bu məlumatlardan istifadəsinə yol aça bilər.
Qeyd edək ki, şəxsi məlumatları oğurlananlar arasında Almaniya, Fransa və İsrail vətəndaşları da var.
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı