Ukraynada 59 nəfər öldü - SON SUTKADA
Bizi izləyin

Avropa

Ukraynada 59 nəfər öldü - SON SUTKADA

Ukraynada son sutka ərzində koronavirusa yoluxma hallarında artım davam edib.

Publika.az xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, ölkədə son sutkada 2884 nəfər koronavirusa yoluxub, 59 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Odessa, Xarkov və Ternopol vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 181 min 237 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3642 nəfərdir, 79 min 901 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm