Toylar 15 nəfərlik olacaq, qaydanı pozan 22 min cərimələnəcək
Bizi izləyin

Avropa

Toylar 15 nəfərlik olacaq, qaydanı pozan 22 min cərimələnəcək

Böyük Britaniyada koronavirusun yayılmasına qarşı yeni qabaqlayıcı tədbirlər planı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson danışıb.

Bildirilib ki, ölkə miqyasında bar və restoranlar axşam saat 22:00-a qədər fəaliyyət göstərəcək. Bundan başqa, evdən işləməyə də üstünlük verilməsi tövsiyə olunur.

Baş nazirin sözlərinə görə, yoluxanlar arasında 20-29 yaş qrupuna daxil insanlar üstünlük təşkil edir.

Tədbirlərə riayət etmək pərakəndə, əyləncə və turizm sektorları müəssisələri üçün qanuni məcburiyyət halına gələcək. Qaydaların pozulması cərimə və ya müəssisənin fəaliyyətinin dayandırılması ilə nəticələnəcək.

Maskadan istifadə taksi, pərakəndə satış mağazaları və qonaqlama sektoru üçün məcburi olacaq.

Bazar ertəsindən etibarən toylara qatılan insan sayı 30-dan 15-ə endiriləcək. 6 nəfərdən çox insanın toplaşmasına icazə verilməyəcək.

Qaydaları pozanlar 10 min funt sterlinq (22 min manata yaxın) cərimə olunacaq.

Məhdudiyyətlərin 6 ay qüvvədə qala biləcəyi bildirilir.

Qeyd edək ki, Britaniyada bugünədək 398 min 625 nəfər virusa yoluxub, 41 min 788 nəfər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm