• USD 1,7000 0,00% EUR 2,0025 -0,39%
    • GBP 2,2171 +0,05% RUB 0,0220 -0,91%

Türkiyəyə qarşı HƏRBİ İTTİFAQ: qırıcılarını adaya gətirdilər

  • Avropa
  • 23 Sentyabr 2020 17:03
  • 1 890 Baxış
Türkiyəyə qarşı HƏRBİ İTTİFAQ: qırıcılarını adaya gətirdilər

Şərqi Aralıq dənizi, Suriya, PKK və Liviya məsələləri başda olmaqla, hər sahədə Türkiyəyə düşmən mövqe sərgiləyən Yunanıstan bu dəfə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə həmlə edib.

Publika.az xəbər verir ki, iki ölkənin ordu rəhbərləri Krit adasındakı “Souda” aviabazasında F-16 döyüş təyyarələrinin fonunda kameralara poza verib.

Yunanıstan mətbuatı olaya geniş yer ayırıb. Bir çox mətbu orqan BƏƏ-nin səfərini əhəmiyyətli addım kimi təqdim edib.

Qeyd edək ki, daha əvvəl BƏƏ Kritə 4 ədəd F-16 qırıcıları tədarük edəcəyini açıqlamışdı. Qırıcılar Yunanıstan Hərbi Hava Qüvvələrinin qırıcıları ilə birlikdə ortaq təlimlərə qatılacaq.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR