Belarusda ARA QARIŞDI: minlərlə insan küçələrə axışdı
Bizi izləyin

Avropa

Belarusda ARA QARIŞDI: minlərlə insan küçələrə axışdı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçməsini protest etmək üçün ölkə miqyasında təşkil edilən etiraz aksiyalarında 364 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova bildirib.

Sözçü qeyd edib ki, ötən gecə ölkənin 59 bölgəsində keçirilən aksiyalara 5 minə yaxın insan qatılıb.

Etirazlar aqressivləşib və sadə vətəndaşlar asayiş keşikçiləri ilə açıq münaqişəyə girib. Polisə fiziki zərər vermək üçün daş və digər sərt maddələrdən istifadə olunub. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşlarından yaralananlar olub.

Vitebsk şəhərində naməlum şəxslər ətrafa sivri ucluqlu metallar saçıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm