Putinlə Makronun danışıqlarını sızdıranlar istintaqa cəlb olundu
Bizi izləyin

Avropa

Putinlə Makronun danışıqlarını sızdıranlar istintaqa cəlb olundu

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığının məzmununu dərc edən qəzetlər haqqında istintaq işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə Frasanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi internet səhifəsindəki sual-cavab hissəsində bir jurnalist Fransa qəzetlərinin rus müxalifətçi Aleksey Navalnının zəhərlənməsi iddiası ilə bağlı Putin və Makron arasındakı telefon danışığının detallarını yayımlaması haqqında nazirliyin mövqeyini soruşub.

Nazirlik isə suala belə cavab verib: “Daxili məsələlərə aid gizli sənədlərin sızdırılması qəbuledilməzdir. Bu səbəbdən şərh verməkdən çəkinirik. Məsələ ilə bağlı istintaq davam edir. Prezident Rusiya ilə bağlı məsələləri, xüsusilə, təhlükəsizliyimizə təhdid təşkil edən mövzuları dialoq yolu ilə həll etməyi hədəfləyir. Belə də davam edəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm