Belarus hazırdır - Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
Bizi izləyin

Avropa

Belarus hazırdır - Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Belarus Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ məsələsində dialoqun təşviqi üçün vasitəçilik etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada münaqişə tərəflərinə hərbi əməliyyatları dayandırmaq, silah istifadəsindən imtina və vəziyyəti sülh yolu ilə həll etmək üçün yollar tapmaq tövsiyə olunub.

Xarici İşlər Nazirliyinin bəyanatında rəsmi Minskin vəziyyətin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ münaqişəsi zonasında ağır silah və aviasiya istifadəsi ilə aktiv döyüş əməliyyatlarından çox narahat olduğu da qeyd edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm