Lavrovla Borrel Qarabağda atəşkəsə çağırış etdilər
Bizi izləyin

Avropa

Lavrovla Borrel Qarabağda atəşkəsə çağırış etdilər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum təmkinli olmağa çağırış edilib:

"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Münaqişə tərəflərinin və digər ölkələrin maksimum təmkin göstərmələri üçün dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulandı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm