Bu ölkəyə gedənlər 2 min avro cərimələnə bilərlər
Bizi izləyin

Avropa

Bu ölkəyə gedənlər 2 min avro cərimələnə bilərlər

Latviya ərazisinə daxil olarkən COVID-19-a nəzarət sistemində qeydiyyatdan keçməkdən imtinaya görə 2000 avroya qədər cərimə tətbiq oluna bilər

Publika.az ölkə mətbuatına istinadla xəbər verir ki, Latviya Seymi ikinci, yekun oxunuşda COVID-19 pandemiyasının yayılması ilə mübarizə haqqında qanuna düzəlişləri qəbul edib.

Bildirilib ki, bu düzəlişlər yeni məlumat sisteminin özünütəcrid rejiminə və karantin qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirməsini nəzərdə tutur.

Bu məlumat sistemi həm Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzə epidemioloji araşdırmalar aparmaqda, həm də polisə karantin və ya özünütəcrid rejimi qaydalarına əməl etməli olan şəxslərə nəzarət etmək üçün yardımçı olmalıdır.

“Delfi” xəbərlər portalının daha öncə məlumat verdiyi kimi, COVID-19-un daha geniş yayıldığı ölkələrdən Latviyaya daxil olan hər bir kəs covidpass.lv saytında elektron sistemdə anket doldurmaq məcburiyyətindədir. O, anketdə on günlük özünütəcrid rejimi qaydalarına əməl edəcəyinə dair söz verməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi təqdirində, 1 min -2 min avro arasında cərimənin tətbiq olunması nəzərdə tutulur.

Yeni qayda oktyabrın 12-də qüvvəyə minməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm