İsveç siyasi xadimindən Azərbaycana DƏSTƏK: haqq davası üçün biz də savaşırıq
Bizi izləyin

Avropa

İsveç siyasi xadimindən Azərbaycana DƏSTƏK: haqq davası üçün biz də savaşırıq

Azərbaycanın haqq davasında xalqımızın yanında olan İsveçin siyasi xadimi Halid Osman Publika.az-a açıqlamasında avropalıların Qarabağ müharibəsi ilə bağlı informasiya qıtlığı olduğunu bildirib.

Bolqarıstan türküyəm. 1989-cu ildə Bolqarıstandan qovulmuşuq. İsveçə gələndə cibimdə cəmi 40 dollar vardı. Hazırda isə İsveçin Mərkəzi Partiyasının üzvüyəm. Buradakı əsas fəaliyyətim, məqsədim Azərbaycan dövləti və xalqını təmsil etmək, Qarabağın Azərbaycan torpağı olduğunu avropalılara duyurmaqdır. Təəssüf edirəm ki, bu faktı dünyaya lazımınca çatdıra bilməmişik. Çoxları ermənilərə dəstək verir. Lakin həqiqəti öyrənəndən sonra çox təəccüblənirlər.

Düşünürəm ki, özümüzü tanıtmaq problemimiz də var. Çünki qarşı tərəf bizdən illər öncə hiylə quraraq yalan danışıb və hər kəsi inandırıb. İnsan təbiəti də elədir ki, ilk aldığı informasiyanı daha tez mənimsəyir və inam yaranır. Mən müharibənin hər cürünə qarşı çıxan insanam. Amma başqasının torpağını istila etmək, orada kök salmaq böyük cinayətdir. İsveçlilərin, burada yaşayan digər millətlərin üzvləri deyirlər ki, Azərbaycan müharibəyə başlayıb. Hamıya izah edirəm ki, Azərbaycan müharibə etmir. Öz torpaqlarını düşmən işğalından təmizləyir. Ölkəni tanıtmaq dərdini insanlara izah etmək vacibdir. Xüsusən də bunu həmin ölkənin vətəndaşları deyil, başqa xalqların nümayəndələri edəndə ikiqat təsirli olur.

Müharibəyə qarşı olanlara səslənirəm. Haqq əldə edilmədən sülh olmur. Heç sevmədiyim və mübarizə apardığım bir məqam da var. İsveç televiziyaları, radioları “azəri” kəlməsindən çox istifadə edirlər. Mən bunu azərbaycan türklərinin gerçək mənşəyinə təhqir hesab edirəm. Daim düzəliş etdiyim ikinci məsələlərdən biri də budur. İsveç siyasətinin içində olan biri kimi Azərbaycanın haqq davası üçün biz də savaşırıq. Çünki birlik, bərabərlik sözdə yox, özdə olmalıdır. Heç şübhəsiz, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Əminəm ki, qardaşlarımız tezliklə Azərbaycan bayrağını Qarabağ torpaqlarına sancacaqlar.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm