Fransanın XİN rəhbəri ermənipərəst rəsmilərin təkliflərini RƏDD ETDİ
Bizi izləyin

Avropa

Fransanın XİN rəhbəri ermənipərəst rəsmilərin təkliflərini RƏDD ETDİ

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkənin bir sıra deputat və merlərinin Dağlıq Qarabağ münaqişəsi məsələsində ermənilərin tərəfinə keçmələri çağırışlarını rədd edib.

Publika.az "Report"a istinadlam xəbər verir ki, nazir Fransanın Milli Assambleyasında deputatlar qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi statusu ilə əlaqəli olaraq, ölkənin bu məsələdə neytral mövqeyini saxlayacağını vurğulayıb.

“1994-cü ildə ATƏT-in Rusiya, ABŞ və bizə həvalə etdiyi missiya Fransanın üzərinə bitərəf mövqe tutmaq tələbi qoyur”, - Jan-İv Lö Drian bildirib. "İki ölkənin birinin və ya digərinin tərəfini tutmağımız düzgün olmaz” - o əlavə edib.

Xatırladaq ki, ötən həftə Fransanın 170-dən çox bələdiyyə sədri, deputat və senatoru hökuməti Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqedən çıxmağa və Ermənistanı dəstəkləməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm