Fransada fövqəladə vəziyyət BƏRPA EDİLDİ
Bizi izləyin

Avropa

Fransada fövqəladə vəziyyət BƏRPA EDİLDİ

Fransada COVID-19 epidemiyası yenidən tüğyan edir. Oktyabrın 17-dən ölkədə fövqəladə sanitar vəziyyət yenidən bərpa olunur. İl-dö-Frans (Paris və onun ətrafında), eləcə də digər şəhər və metropollarda axşam 21:00-dan səhər 06:00-a kimi komendant saatı tətbiq olunacaq. Komendant saatı ən azı 4 həftə davam edəcək.

Publika.az əbər verir ki, bu barədə Fransa Prezidenti televiziya vasitəsi ilə vətəndaşları məlumatlandırıb və hətta komendant saatı rejiminin 10 həftə davam etməsinin mümkünlüyünü də səsləndirib.

Fransada COVID-19-un göstəricilərinin daha da ciddiləşdiyi qeyd edilib.

Dövlət Səhiyyə İdarəsinin rəqəmlərinə əsasən, son sutka ərzində epidemiyadan ölənlərin sayı 104 nəfərə çatıb. Reanimasiya şöbələrində vəziyyət kritik olaraq qalır. Son 24 saatda reanimasiya şöbələrinə 226 ağır vəziyyətdə yeni koronavirus xəstəsi qəbul olunub.

Xatırladaq ki, epidemiya başlayandan ölkədə 33 min 37 ölüm faktı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm