Zelenski Türkiyəyə gedir
Bizi izləyin

Avropa

Zelenski Türkiyəyə gedir

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə iki günlük rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.

Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm