Avropa
Fransız millət vəkili ölkəsini BİABIR ETDİ

Fransa parlamentinin millət vəkili və jurnalist Klementine Auteyn ölkəsinin anti-İslam siyasətinə sərt reaksiya verib.
Publika.az-ın məlumatına görə, millət vəkili müsəlmanların hədəf seçilməsinə “bu ölkə ağlınımı itirdi” sözləri ilə etiraz edib.
O, Fransada artan islamafobiyanın ölkəni təhlükəli duruma və vətəndaş müharibəsinin eşiyinə apardığını söyləyib: “Ölkədə, xüsusilə, sağ və radikal sağ cəbhədən gələn sözlər bu gün nifrət iqlimi yaradır. Müzakirələrin gəldiyi nöqtəyə baxanda təşviş keçirirəm. Bu ölkə ağlınımı itirdi? Sanki hər kəs “hansımız daha radikal sağçı ola bilərik?” yarışına girib”.
Qeyd edək ki, Fransada 16 oktyabrda bir müəllimin başının kəsilərək öldürülmüş halda tapılmasından sonra ölkə siyasətçilərinin böyük hissəsi İslam və müsəlmanları hədəf alan açıqlamalar verib, məsələ ölkənin ən çox müzakirə edilən gündəmi olmuşdu. Cinayəti müsəlman şəxsin işlədiyi iddia olunur.
Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstəyi ilə də bir çox ölkənin etirazı ilə qarşılaşmaqdadır.

-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Cənubi Qafqaz15:36
Paşinyan, Putin və Əliyev ayın sonunda görüşə bilər - Rusiya XİN
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir