Bu ölkədə fövqəladə vəziyyətin müddəti UZADILDI
Bizi izləyin

Avropa

Bu ölkədə fövqəladə vəziyyətin müddəti UZADILDI

İspaniya parlamenti koronavirusla mübarizə çərçivəsində ölkədə fövqəladə vəziyyətin daha 6 ay uzadılmasına qərar verib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, parlamentin iclasında 350 üzvündən 194-ü bu qərarın lehinə, 99-u bitərəf qalıb, 53-ü isə əleyhinə səs verib.

Bundan əlavə, İspaniyada oktyabrın 25-dən etibarən yenidən küçələrə çıxmaq qadağası qüvvəyə minib və 6 nəfərdən artıq insanın bir yerə toplanması qadağan edilib.

Qeyd edək ki, bu ilin 14 mart tarixindən etibarən 21 iyuna qədər İspaniyada komendant saatı tətbiq olunub. Qaydalara uyğun olaraq məcbur olmadıqca işə getmək, alış-veriş etmək, küçələrə çıxmaq qadağası qüvvədə idi. Həmçinin məktəblər, bar və restoranların müvəqqəti fəaliyyəti dayandırılmışdı

Xatırladaq ki, İspaniya Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, ölkədə koronavirusdan 35 639 nəfər dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm