Vyana QARIŞDI: 7 nəfər öldürüldü, 15-i ağır yaralandı - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Vyana QARIŞDI: 7 nəfər öldürüldü, 15-i ağır yaralandı - (YENİLƏNDİ)

Avstriyanın paytaxtı Vyanada baş vermiş atışma nəticəsində azı 15 nəfər yaralanıb, onlardan yeddisinin xəsarətləri ağırdır.

Publika.az xəbər verir ki, bu barədə yerli “ORF” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

“Ümumilikdə 15 nəfər yaralanıb, onlardan yeddisinin ciddi xəsarətləri var”, - deyə telekanalın əməkdaşı canlı yayımda bildirib.

Qeyd edək ki, bundan əvvəl yerli “OE24” telekanalı insident zamanı 7 nəfərin ölməsi barədə xəbər vermişdi.

***

00:49

Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən sinaqoq yaxınlığında atışma baş verib.

Publika.az xarivi KİV-ə istinadla xəbər verir ki, 7 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Məlumata görə, terrorçulardan biri öldürülüb, biri isə özü partladıb. Qruplaşmanın qalan üzvləri ilə polis arasında şəhər küçələrində atışma gedir.

Vyana polisi atışma faktını təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm