Fransada türklərə hücum edildi: “Yaşasın donuz...”
Bizi izləyin

Avropa

Fransada türklərə hücum edildi: “Yaşasın donuz...”

Fransada türklərə qarşı ikinci hücum baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşri məlumat yayıb.

Bildirilib ki, irqi ayrı-seçkilik prinsipi ilə hərəkət edən bir neçə insan Fransanın Nant şəhərində yerləşən türk ət dükanına hücum edib. Hücum zamanı obyektə maddi ziyan dəyib.

Naməlum şəxslər dükanın divarlarına “Türklərə ölüm", "Ərdoğana ölüm", "Öz ölkəsinə qayıt", "Yaşasın donuz" tipli təhqiramiz ifadələr yazıblar.

Qeyd edək ki, bir neçə gün öncə də buna oxşar hadisə baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm