Norveç Neft Fondunun aktivləri 1,2 trilyon dollara çatdı
Bizi izləyin

Avropa

Norveç Neft Fondunun aktivləri 1,2 trilyon dollara çatdı

Fond bazarındakı artımdan və kronun məzənnəsinin aşağı düşməsindən sonra əvvəllər Neft Fondu adlanan Norveç Dövlət Pensiya Fondunun aktivləri rekord həddə çatıb.

Bu həftə fondun aktivlərinin dəyəri yeni rekord müəyyənləşdirib; 10,93 trilyon Norveç kronunun məzənnəsi, təxminən, 1,192 trilyon ABŞ dolları həddinə çatıb.
Beləliklə, cari ilin oktyabr ayının ortalarında müəyyənləşdirilən fond aktivlərinin yeni dəyəri 10,88 trilyon Norveç kronu həddində olan əvvəlki rekordu üstələyib.
Son günlərdə “Pfizer” əczaçılıq şirkətinin koronovirus əleyhinə yaratdığı vaksinin effektiv təsiri ilə bağlı ümidverici xəbərlər səhm bazarlarında canlanmaya səbəb olub.
Norveçin neft və qaz gəlirlərinə və investisiya qoyuluşuna uzunmüddətli idarəetməni dünyanın ən iri analoji fondlarından olan “Global” Norveç Dövlət Pensiya Fondu həyata keçirir. Adını 2006-cı ildə dəyişmiş bu fond əvvəllər neft fondu adlanırdı. Norveç Dövlət Pensiya Fondu bu gün bütün dünya üzrə 9 mindən çox şirkətdə paylara malikdir. Sözügedən qurum hazırda dünyadakı bütün mövcud açıq səhmlərin təxminən 1,5 faizinə sahiblik edir. Onu da qeyd edək ki, fond öz vəsaitlərini səhmlərlə yanaşı istiqrazlara və daşınmaz əmlaka da yatırır.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm