Avropada Təhlükəsizlik İttifaqı yaradıla bilər
Bizi izləyin

Avropa

Avropada Təhlükəsizlik İttifaqı yaradıla bilər

Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok Avropada Təhlükəsizlik İttifaqının yaradılması üçün çağırış edib.

Publika.az xəbər verir ki, slovak nazir Avropada daxili bazar, rəqəmsal ittifaq, valyuta ittifaqı və digər uğurlu konsepsiyaların reallığa çevrildiyini qeyd edib. O, Avropanı gözləyən və artıq mövcud təhdidlərə qarşı mübarizədə Təhlükəsizlik İttifaqının yaradılmalı olduğunu vacib hesab edib və bu yolla da vətəndaşlarda rəsmi qurumların onları qoruduğu inamının yaranacağını söyləyib.

Avstriya və çex həmkarı ilə keçirilən virtual konfransda slovak nazir noyabrın 2-də Vyanada baş verən terror aktının Slovakiyada şok effekti yaratdığını qeyd edib və pandemiyaya baxmayaraq, terror kimi bəlaya ayrıca diqqətin ayrılmalı olduğunu vurğulayıb.

Nazirlərin konfransında Aİ ölkələri səviyyəsində terrorizmlə mübarizənin daha səmərəli və koordinasiyalı təşkili məsələləri müzakirə edilib. Eyni zamanda, cəmiyyətdə və internet məkanında ekstremizm meyillərinin baş qaldırmasına qarşı mübarizəyə də diqqət ayrılıb.

Qeyd edilməlidir ki, Avstriya, Çexiya və Slovakiyanın nazirləri arasında görüş Slavkov (almanca Austerlits) formatında keçirilib. 2015-ci ildən mövcud olan bu format hər üç ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm