Avropa
Türkiyədə son koronavirus rəqəmləri açıqlandı

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 135 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahreddin Koca koronavirusla bağlı ölkədəki son statistikanı açıqlayarkən bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 152 214 şübhəli koronavirus testindən keçib, onlardan 5532-nin cavabı pozitiv çıxıb, 3233 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 370 825 nəfərdir. Ağır xəstə sayı isə 4121 nəfər olub.
Türkiyədə indiyədək 440 805 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 219 nəfəri ölüb.
Nazir ölüm və ağır xəstə sayının artmasından narahatlığını ifadə edib.
Qeyd edək ki, bu gündən Türkiyədə həftə sonları bütün əhaliyə, yaşı 65-dən yuxarı və 20-dən aşağı olanlara isə həftə boyu küçəyə çıxmağa məhdudiyyət qoyulub.

-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...
-
Sosial3 İyul 09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)