Avropa
Fransada ara qarışdı - Həbs edilənlər var

Fransa polisi ölkə parlamentinə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz edən nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.
Publika.az xəbər verir ki, nümayişçilər toplandıqları Trokadero meydanında tonqal yandırmağa başlayıb və polisə fişəng, butulka atıblar. Bundan sonra polislər heç bir xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Bənzər nümayişlər ölkənin digər şəhərlərində də baş verib. Belə ki, Lill şəhərində 1000-dən çox insan, təxminən eyni sayda nümayişçi Ren, 1,3 min nəfər isə Montpelier şəhərinin küçələrinə çıxaraq qanununun 24-cü maddəsinə etiraz edib.
24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.
Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və məsələn, polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.

-
Region00:34
Ceyhun Bayramov bu gün İrana gedəcək
-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...