• USD 1,7000 0,00% EUR 2,0516 -0,66%
    • GBP 2,3056 -0,88% RUB 0,0231 -0,43%

Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ

  • Avropa
  • 23 Noyabr 2020 22:24
  • 509 Baxış
Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ

Avstraliya ordusunda özünəqəsd hadisələri baş verib.

Publika.az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Bildirilib ki, Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra son üç həftə ərzində 9 hərbçisi intihar edib.

İntihar edən hərbçilərdən 8-i kişi, 1-i qadındır. Bu, Avstraliyanın hərb tarixində ilk hadisə sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə dair hesabat dərc olunub. Sənədə əsasən, 2005-2016-cı illərdə Avstraliyanın xüsusi təyinatlıları tərəfindən 39 qətl törədilib. Qurbanlar arasında mülki vətəndaşlarla yanaşı, yerli əsgərlər də var.

Ekspertlər hesabatı 400-dən çox şahid ifadəsinə, 20 mindən artıq sənədə və 25 mindən çox fotoya əsasən hazırlayıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR