Fransa yenidən qarışdı: Minlərlə insan küçələrdə… - YENİLƏNDİ
Bizi izləyin

Avropa

Fransa yenidən qarışdı: Minlərlə insan küçələrdə… - YENİLƏNDİ

Parisin mərkəzində etiraz aksiyalarının gedişatında 40-a yaxın asayiş keşikçisi zərər çəkib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

"37 polis və jandarmlar zərər çəkib. Mən yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı pisləyirəm", - deyə o tvitterdə yazıb.

“France 24”ün məlumatına görə, Parisin küçələrinə "Qlobal təhlükəsizlik haqqında" qanundan narazı olan 46 mindən çox insan çıxıb. Aksiya iştirakçıları polis zorakılığına qarşı çıxırlar və KİV-in azadlığını, həmçinin Darmanenin istefasını tələb edirlər. Etirazçılar həmçinin Bordo, Lill, Strasburq, Monpele, Nant və başqa şəhərlərin küçələrinə çıxıblar. Yerli KİV aksiyalara ümumilikdə 130 min insanın qatıldığını bildirib.

Parisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin mərkəzindəki qarışıqlıqların gedişatında bir neçə maşın və bina yanıb. Yandırılan binalar arasında Fransa Bankının binası da var.

Etirazçılar polislərə daş atır, həmçinin tonqallar qalayır və barrikadalar qururlar.

XXXX

Fransada polis şiddətinə qarşı etiraz aksiyaları yenidən başlayıb.

Publika.az xəbər verir ki, Parisdə minlərlə insan etiraz aksiyası keçirmək üçün küçələrə axışıb.

Polis etirazçı kütləyə bibər qazı ilə müdaxilə edib.

Aksiya iştirakçıları “Mətbuata azadlıq”, “Polis şiddətinə son” şüarlarını səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm