Paris küçələri yenidən qarışdı - Avtomobillər yandırıldı
Bizi izləyin

Avropa

Paris küçələri yenidən qarışdı - Avtomobillər yandırıldı

Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları növbəti dəfə nəzarətdən çıxıb.

Publika.az RİA Novosti-yə istinadən xbər verir ki, şəhərin mərkəzində yerləşən Qambetta prospektində axşam saatlarında 3 avtomobil yandırılıb. Ərazidən partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, hadisədən bir qədər əvvəl buradan “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz edənlər keçib.

Yerli mətbuat bildirib ki, Parisdə talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıblar.

“Polis Parisdə şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfəri saxlayıb”, - bunu isə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

O, aksiyanın yatırılmasında iştirak edən polislərə təşəkkür edib. Nazirin sözlərinə görə, orada asayiş keşikçiləri bəzən "çox amansız insanlarla" rastlaşırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm