Ukrayna Silahlı Qüvvələri Günü qeyd olundu
Bizi izləyin

Avropa

Ukrayna Silahlı Qüvvələri Günü qeyd olundu

Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə paytaxt Kiyevdə bayram mərasimi təşkil edilib.

Publika.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Marinskiy Sarayının qarşısında təşkil edilən mərasimə qatılıb.

Zelenski çıxışında güclü ordunun Ukraynanın azadlığı və müstəqilliyinin qarantı olduğunu söyləyib və müdafiəyə ayrılan büdcənin əsla azalmayacağını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Günü 6 dekabr 1991-ci ildən bəri hər il ölkədə qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm