Aİ Ukraynaya 600 milyon avro yardım etdi
Bizi izləyin

Avropa

Aİ Ukraynaya 600 milyon avro yardım etdi

Avropa İttifaqı (Aİ) Ukraynaya 600 milyon avro dəyərində makro-maliyyə yardımını təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

“Ukraynaya 600 milyon avro məbləğində maliyyə yardımı göstərdiyinə görə Aİ-dəki tərəfdaşlarımıza və şəxsən Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskisə minnətdaram. Bu, Avropanın Ukraynanın iqtisadi sabitliyinə və islahatların gələcək gedişatına verdiyi dəstəkdir” - Zelenski tvitter hesabında yazıb.

Öz növbəsində, Ukraynanın Baş Naziri Denis Şmıqal bildirib ki, yardım COVID-19 pandemiyasının çətin anlarında Ukraynanın makro-maliyyə sabitliyini gücləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm