Avropa İttifaqı Ermənistana 24 milyon avro YARDIM AYIRDI
Bizi izləyin

Avropa

Avropa İttifaqı Ermənistana 24 milyon avro YARDIM AYIRDI

Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.

Publika.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.

İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.

24 milyon avro məbləğində yeni qrant ittifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm