Xorvatiyada GÜCLÜ ZƏLZƏLƏ: Ölənlərin sayı 8-ə çatdı
Bizi izləyin

Avropa

Xorvatiyada GÜCLÜ ZƏLZƏLƏ: Ölənlərin sayı 8-ə çatdı

Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Publika.az "İndex.hr"ya istinadla xəbər verir ki, bu barədə Brakni bələdiyyə sədrinin müavini Baksiç-Mitiç açıqlamasında bildirib.

Məlumata görə, qeyri-rəsmi məlumatlara görə, Maysk-Polyanada daha 1, Sisak yaxınlığında Jazhində yerləşən kilsədə 1 nəfər ölüb.

***

16:08

Xorvatiyada güclü zəlzələ olub.

Publika.az xəbər verir ki, Balkan ölkəsi 6,3 bal gücündə yeraltı təkanlarla silkələnib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi məlumata görə, zəlzələnin episentri Zaqrebdən 46 kilometr məsafədə yerləşib.

Ocağı isə 10 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də Xorvatiyada 5,2 və 5 bal gücündə zəlzələ olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm