Almaniyada sərt karantin rejimi uzadılır
Bizi izləyin

Avropa

Almaniyada sərt karantin rejimi uzadılır

Almaniyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunan sərt karantin rejiminin müddəti 31 yanvar tarixinə qədər uzadılacaq.

Publika.az xəbər verir ki, kansler Angela Merkel və 16 əyalətin idarəçiləri bu gün toplaşaraq 10 yanvar tarixindən sonra karantin müddətinin uzadılmasını müzakirə edəcək.

Robert Kox İnstitutunun statistikasına əsasən, Almaniyada 1,76 milyon insan koronavirusa yoluxub. Hökumət xəstəxanalarda son dərəcə çətin vəziyyət elan edib.

Almaniyada ümumilikdə 34 min 574 xəstənin virus qurbanı olduğu qeyd edilir.

Federal əyalətlər məktəblərdə dərslərin bərpası ilə bağlı məsələni də həll etməlidir. Bundan əlavə, hökumət peyvənd məsələsinin yavaş irəliləməsindən narahatdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm