Karantin 31 iyula qədər uzadılacaq - İtaliyada
Bizi izləyin

Avropa

Karantin 31 iyula qədər uzadılacaq - İtaliyada

İtaliyada koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan qadağalar uzadıla bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə ölkə mətbuatı çıxış edib.

Bildirilib ki, hökumət 31 yanvarda müddəti başa çatan məhdudiyyətlərin 31 iyul tarixinə qədər uzadılmasına gedəcək.

“II Messaggero” qəzeti iddia edir ki, vəzifəlilər bu qərarı hökumətin bürokratik maneələrə rast gəlməmək üçün səlahiyyətlərini artırmaq məqsədilə qəbul edəcəklər.

İtaliya Baş Nazirliyi Təcili Tədarük Komissarlığının məlumatına görə, ölkədə 27 dekabrdan bəri 151 min 606 nəfər vaksinasiyaya cəlb olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm