Britaniyada ölüm sayı rekord həddə yüksəldi
Bizi izləyin

Avropa

Britaniyada ölüm sayı rekord həddə yüksəldi

Koronavirus epidemiyasının başlanmasından sonra Böyük Britaniyada ən yüksək gündəlik ölüm sayı qeydə alınıb.

Publika.az xəbər verir ki, ölkədə son 24 saat ərzində koronavirusdan 1325 nəfər həyatını itirib.

Bu, epidemiya başlayandan bəri ölkədəki ən yüksək gündəlik ölüm sayıdır.

London meri Sadiq Xan, şəhərdəki epidemiyanın nəzarətdən çıxdığını söyləyib. O, hazırda paytaxtdakı xəstəxanalarda 7 mindən çox xəstənin olduğunu açıqlayıb. Londonda fövqəladə vəziyyət elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm