Daha bir ölkə “Bayraktar”a nifrətini ortaya qoydu - Tədarük dayandı
Bizi izləyin

Avropa

Daha bir ölkə “Bayraktar”a nifrətini ortaya qoydu - Tədarük dayandı

İngiltərənin “Andair” şirkəti Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları üçün komponent tədarükünü dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İngilis şirkətinin Türk pilotsuz təyyarələri üçün ehtiyat hissələri tədarükünü dayandırması barədə açıqlaması.

Məlumatda deyilir ki, Ermənistanın İngiltərədəki səfirliyinin müraciətindən sonra PUA-ların istehsalçısı olan “Baykar Makina”dan gələn bütün sifarişlər ləğv olunub.

Qeyd edək ki, “Andair” “Bayraktar”ı yanacaq nasosları ilə təmin edirdi.

Xatırladaq ki, PUA-ların bir çox komponenti müxtəlif ölkələrdən - Kanada, Böyük Britaniya, ABŞ, Avstriyadan tədarük olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm