Niderland portalı 20 Yanvar faciəsindən yazdı
Bizi izləyin

Avropa

Niderland portalı 20 Yanvar faciəsindən yazdı

Niderlandın “haber.nl” portalında “Azərbaycan 20 Yanvar şəhidlərinin xatirəsini anmağa hazırlaşır” adlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, məqalədə xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında məlumat verilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı cinayət olduğu yazılıb. 1990-cı il yanvarın 20-də xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən oğullarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı qeyd edilib. Sovet ordusunun gecə dinc insanlara hücum etdiyi, şəhəri qana boyadığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən övladları ilə fəxr edir.

20 Yanvar faciəsinin xalqımızın yaddaşında dərin iz buraxdığı deyilib. Məqalə Beynəlxalq Qadınlar Klubunun sədri Kəmalə Ceylinova və Avropa Azərbaycanlılar Media Qrupunun rəhbəri Emil Əliyev tərəfindən yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm