
İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Miguel Angel Villarroya vaxtından öncə koronavirus əleyhinə peyvənd olunduğu ortaya çıxdıqdan sonra istefa verib.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, o və bir neçə general bir neçə gün sonra peyvənd olunmalı idi, lakin Villarroya vəzifəsindən sui-istifadə edərək vətəndaşlardan öncə peyvənd vurdurmaq qərarına gəlib.
Media bunu ortaya çıxardıqdan sonra Villarroya istefa verdi.