Niderlandda aksiyalarda 150-dən çox insan saxlanıldı
Bizi izləyin

Avropa

Niderlandda aksiyalarda 150-dən çox insan saxlanıldı

Niderland polisi yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində hökumət tərəfindən tətbiq edilmiş sərt məhdudlaşdırıcı tədbirlərlə əlaqədar ölkə ərazisində keçirilən etiraz aksiyalarında iştiraka görə onlarla insanı saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə bazar günü Niderlandın Teleradioyayım Korporasiyası (NTK) bildirib.

Aksiya zamanı 150-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etdiklərinə görə polis bölmələrinə aparılıblar.

Rotterdam və Hertoqenbos şəhərlərinə nümayişçiləri dağıtmaq üçün xüsusi qüvvələr göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm