Maska taxmayan eks-prezident cərimələndi
Bizi izləyin

Avropa

Maska taxmayan eks-prezident cərimələndi

Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus maska taxmadığı üçün cərimə olunub.

Publika.az xəbər verir ki, 2003-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasətçi 465 dollar cərimə ödəməlidir.

“Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus respublikanın yaranmasının növbəti ildönümü mərasimində maska taxmadığı üçün cərimə olunub”, - deyə Praqa şəhər epidemioloji xidmətinin məlumatında bildirilib.

Eks-prezident cərimənin ləğvi üçün məhkəməyə şikayət edəcəyini bəyan edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl də Klaus karantin qaydalarını pozduğu üçün 140 dollar cərimə olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm