Portuqaliya parlamenti qalmaqallı qanunu qəbul etdi
Bizi izləyin

Avropa

Portuqaliya parlamenti qalmaqallı qanunu qəbul etdi

Portuqaliya parlamenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsini təsdiqləyib.

Səsvermə zamanı 136 deputat qanun layihəsinin lehinə, 78 nəfər əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Qanun layihəsinə əsasən, evtanaziya yetkinlik yaşına çatmış pasiyentin "son dərəcə əzablı, sağalmaz travma ilə" və ya "sağalmaz ölümcül xəstəliklə" müraciət etdiyi halda, səhiyyə mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Özü də prosedur yalnız milli səhiyyə xidmətinin tibb müəssisələrində deyil, tibbi xidmət göstərmək üçün lisenziyası və icazəsi olan özəl və sosial sektorlarda da həyata keçirilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm