Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edildi
Bizi izləyin

Avropa

Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edildi

Brüsselin Molenbek kommunasındakı “Qərb vağzalı” metro stansiyasında sərnişinlərə bıçaqla edilən hücum nəticəsində beş nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Vivacite radiostansiyası məlumat yayıb.

RTL telekanalı bildirir ki, hücum edən şəxs polis tərəfindən neytrallaşdırılıb. Hazırda metro stansiyası bağlanıb, orada müstəntiqlər işləyir. Polis hələlik şübhəlinin şəxsiyyətini və istintaqın heç bir versiyasını açıqlamır. Lakin insidentin təhqiqatını Krallığın əsasən terrorçuluqla mübarizə ilə məşğul olan federal polisi öz üzərinə götürüb.

Molenbek kommunasında Yaxın Şərq və Afrika mənşəli çoxsaylı icma yaşayır. 2015-ci ildə Parisdə, 2016-cı ildə Brüsseldə terror aktları təşkil edən İŞİD-lə bağlı qruplaşmaların məhz burada toplaşdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm